BAKI, 6 mart. TELEQRAF.

İsveçrə martın 7-də Cenevrədə İsrailin işğalı altında olan Fələstin ərazilərində əhalinin qorunmasına dair konfransı son anda ləğv edib.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Səbəb dəvət olunan ölkələrin tədbirə marağının az olması ilə izah edilir. Belə ki, sabaha planlaşdırılan konfransda iştirakla bağlı qeydiyyat prosesində yetərsay olmayıb.

Sosial şəbəkə hesablarında İsveçrə Xarici İşlər Nazirliyi də konfransın baş tutmayacağını təsdiqləyib. Departamentin bəyanatında deyilir ki, "razılığa gələn tərəflər arasında konsensusun olmaması" konfransı təxirə salmaq qərara alınıb.