
BAKI, 6 mart. TELEQRAF
Rusiyanın Milli Rifah Fondunun (MRF) ehtiyatlarının həcmi 1 mart 2025-ci il tarixinə 11,88 trilyon rubl (135,47 milyard dollar) olub.
Teleqraf xəbər veri ki, bu barədə Rusiya Maliyyə Nazirliyi məlumat yayıb.
Bu, cari il üçün proqnozlaşdırılan ÜDM-nin 5,5%-nə bərabər olub.
1 mart tarixinə fondun likvid aktivlərinin məbləği 3,394 trilyon rubl (2025-ci il üçün proqnozlaşdırılan ÜDM-nin 1,6%-i) və ya 38,7 milyard dollar olub, bu da 357,3 milyard rubl azalma deməkdir.
Nazirliyin məlumatına görə, 15 dekabr 2024-cü ildən 28 fevral 2025-ci ilədək Fondun vəsaitlərinin Rusiya Bankında xarici valyutada yerləşdirilməsindən əldə edilən gəlirin təxmin edilən məbləği 16,2 milyon dollar və ya 1,42 milyard rubla bərabər olub.
1 yanvar - 28 fevral 2025-ci il tarixlərində fondun xarici valyutada nominasiya olunmuş aktivləri üzrə məzənnə fərqi və fondun investisiya etdiyi qızılın dəyərinin yenidən qiymətləndirilməsi ümumilikdə 387,05 milyon rubl təşkil edib.
1 mart tarixinə Fondun Rusiya Bankındakı hesablarında 164,3 milyard Çin yuanı, 174,6 ton qızıl və 1,25 milyard rubl mövcud olub.
Qeyd edək ki, 1 fevral tarixinə MRF-nin ehtiyatlarının həcmi 11,97 trilyon rubl, likvid aktivləri isə 3,751 trilyon rubl təşkil edib. Bir ay ərzində Fondun ehtiyatlarının həcmində 0.09 trilyon rubl və ya təxminən 0.75% azalma olub.