
BAKI, 7 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Nazirlər Kabineti üzvlərini təmizləməyə başlayıb.
Teleqraf xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı belə deyib.
Prezident bildirib: "Vəzifədə olan insanların heç də hamısı vicdanla işləmir. Buna görə də, onları qovmaq lazımdır. Nazirlər Kabinetinin üzvləri bunu təkbaşına edə bilməsələr, məsələni ABŞ Hökumətinin Effektivliyi İdarəsinin rəhbəri İlon Maska tapşıracam".
Donald Tramp deyib ki, hökumət nəzarətdən çıxıb: administrasiyada həddən artıq çox adam işləyir. Bəziləri hətta işləmir və ya artıq dünyasını dəyişiblər.
ABŞ lideri deyib: “Mən istəyirəm ki Nazirlər Kabinetində yaxşı insanlar qalsın. İşlərini yaxşı görməyən, işə gəlməyən əməkdaşlar qurtulacağıq".