BAKI, 7 mart. TELEQRAF

Tehranda hərbi mərkəzdə partlayış baş verib.

Teleqraf İRNA agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı bir əsgər ölüb.

Məlumata görə, olay yerinə cəlb olunan yanğınsöndürənlərdən 10-u xəsarət alıb, onlardan 6-sı xəstəxanaya yerləşdirilib.

Xəbərdə bildirilir ki, hadisə olan binada öncə yanğın başlayıb və sonra partlayış baş verib.