BAKI, 6 mart. TELEQRAF

Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlarda Vaşinqton və Kiyev rəsmiləri Ukraynada altı aylıq atəşkəs rejimini də müzakirə edəcəklər.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff deyib .

Ağ Ev rəhbərinin nümayəndəsi vurğulayıb ki, Səudiyyə Ərəbistanında danışıqlar zamanı tərəflər Ukraynadakı münaqişə ilə bağlı bir sıra məsələləri, o cümlədən, altı aylıq atəşkəs məsələsini müzakirə edəcəklər. Böhranı tam həll etmək üçün gələcək razılaşmanın əsasları da danışıqların pöredmeti olacaq.

***

21:55

Gələn həftə Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü keçiriləcək.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Bu barədə yerli Strana.ua saytı məlumat yayıb.

V.Zelenskinin sözlərinə görə, danışıqların "məzmunlu" keçəcəyi gözlənilir.