BAKI, 7 mart. TELEQRAF

Avropa İttifaqının sammiti Ukrayna ilə bağlı bəyanat verə bilmədi.

Teleqraf xəbər verir ki, görüşün yekun sənədində bəyanatın növbəti görüşədək təxirə salındığı bildirilir.

Məlumatda o da qeyd olunur ki, Ukraynaya dəstək vermək istəməyən ölkə Macarıstan olub. Qalan iyirmi altı ölkə bəyanatın hazır mətninin qəbul olunmasının lehinə çıxış edib.

Avropa İttifaqı mətnlə bağlı müzakirələri növbəti toplantısında bir daha müzakirə edəcək.