
BAKI, 7 mart. TELEQRAF
“Türkiyə-Rusiya münasibətlərində irəliləyiş yoxdur”.
Teleqraf xəbər verir ki, bu barədə “CNN Türk”ə Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç məlumat verib.
Onun sözlərinə görə, Ankara və Moskva arasında soyuq münasibətlər qalmaqdadır.
Qeyd edək ki, bir müddət öncə Kremlin mətbuat katibi Dmitri Peskov da Türkiyə ilə Rusiya arasındakı münasibətlərdən danışıb.
Rusiya rəsmisi iki dövlət arasında münasibətlərin çoxşaxəli və inkişaf etməkdə olduğunu söyləmişdi.