BAKI, 7 mart. TELEQRAF

Macarıstan hakimiyyəti Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı referendum keçirəcək.

Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban jurnalistlərə açıqlamasında bildirib.

O deyib: "Hesab edirəm ki, biz Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsinə ciddi yanaşmalıyıq. İndi bu məsələ ilə bağlı məsuliyyətli qərar qəbul etmək mümkün deyil və mən bu qərarın insanların başı üzərindən qəbul olunmasını istəmirəm. Ona görə də belə qənaətə gəlmişəm ki, biz Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsi ilə bağlı səsvermə keçirək".

Orban vurğulayıb: "Biz bilməliyik ki, insanlar Ukraynaya gələcək dəstək naminə öz maraqlarını nə dərəcədə qurban verməyə hazırdırlar".