BAKI, 7 mart. TELEQRAF

"Fransa Prezidenti Emmanuel Makron açıqlamasında Rusiyanın Avropanı təhdid etdiyini bildirir, amma ölkəsinin daxili problemlərindən danışmır".

Teleqraf xəbər verir ki, Rusiyanın Londondakı səfiri Andrey Kelin belə deyib.

Onun sözlərinə görə, eyni vəziyyət Böyük Britaniyada da qeydə alınır.

Səfirin fikrincə, ölkələr diqqəti daxili problemlərdən yayındırmaq üçün "xarici təhlükələr icad edirlər".

Rusiyalı diplomat bildirib: “Biz Prezident Makronun dünən Fransada etdiyi çıxışı eşitdik. Onun dedikləri cəfəngiyyatdır. Rusiya nə Fransanı, nə də Böyük Britaniyanı təhdid edir".