
BAKI, 7 mart. TELEQRAF
Norveç 2025-ci ildə Ukraynaya ayrılan yardımı iki dəfədən çox artırıb.
Teleqraf xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qahr Stör məlumat verib.
Onun sözlərinə görə, ölkəsi cari ildə Ukraynaya 85 milyard kron (7,83 milyard dollar) yardım edəcək.
Bu, daha əvvəl nəzərdə tutulandan 50 milyard kron çoxdur.
Ukrayna Prezidenti Volodimir Zelenski əlavə yardıma görə Norveç dövlətinə təşəkkür edib. Prezident deyib ki, ayrılan vəsait silah istehsalına və enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə sərf olunacaq.