BAKI, 7 mart. TELEQRAF

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

Teleqraf xəbər verir ki, 8 oyunun hamısı eyni gündə baş tutub.

Artıq bütün oyunlar yekunlaşıb.

Norveçdə "Budo/Qlimt" Yunanınstan "Olimpiakos"unu darmadağın edərək, 1/4 finala xeyli yaxınlaşıb.

Niderland çempionatının lideri "Ayaks" öz meydanında "Ayntraxt"da uduzaraq, təkrar oyun ərəfəsində çətin duruma düşüb.

"Latsio" səfərdə "Viktoriya Plzen"ə qalib gəlib. İtaliya təmsilçisinin mərhələ adlamaq şansı xeyli yüksəlib.

Romanın eyni adlı komandası isə "Atletik"i çətin hesabla məğlub edərək, minimal üstünlük qazanıb.

Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları martın 13-də olacaq.

UEFA Avropa Liqası

1/8 final mərhələsi, ilk oyunlar

7 mart

00:00. "Ayaks" (Nieerland) - "Ayntraxt Frankfurt" (Almaniya) 1:2

00:00. "Viktoriya Plzen" (Çexiya) - "Latsio" (İtaliya) - 1:2

00:00. "Budo/Qlimt" (Norveç) - "Olimpiakos" (Yunanıstan) - 3:0

00:00. "Roma" (İtaliya) - "Atletik" (İspaniya) - 2:1

***

23:45

BAKI, 6 mart. TELEQRAF

UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.

Teleqraf xəbər verir ki, 8 oyunun hamısı eyni gündə keçirilir.

Artıq 4 oyun başa çatıb.

Günün əsas qarşılaşmalarından birində Türkiyədə "Fənərbağça" "Şükrü Saracoğlu" stadionunda Şotlandiyanın "Reyncers" klubuna gözlənilmədən məğlub olub – 1:3. Öz meydanında uduzan Joze Mourinyonun komandasının mərhələ adlamaq şansı xeyli azalıb.

Rumıniyada asan qələbə qazanan "Lion" klubu da tur adlamağa xeyli yaxındır.

Səfərdə "Real Sosyedad"la heç-heçə edən "Mançester Yunayted"i İngiltərədə daha bir gərgin oyun gözləyir.

Niderlanddan məğlub dönən "Tottenhem" klubu da işini çətinə salıb.

Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları martın 13-də olacaq.

UEFA Avropa Liqası

1/8 final mərhələsi, ilk oyunlar

6 mart

21:45. "Fənərbağça" (Türkiyə) - "Reyncers" (Şotlandiya) – 1:3

21:45. "Real Sosyedad" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 1:1

21:45. AZ (Niderland) - "Tottenhem" (İngiltərə) – 1:0

21:45. FKSB (Rumıniya) - "Lion" (Fransa) – 1:3

00:00. "Ayaks" (Nieerland) - "Ayntraxt Frankfurt" (Almaniya)

00:00. "Viktoriya Plzen" (Çexiya) - "Latsio" (İtaliya)

00:00. "Budo/Qlimt" (Norveç) - "Olimpiakos" (Yunanıstan)

00:00. "Roma" (İtaliya) - "Atletik" (İspaniya).