BAKI. 6 fevral. TELEQRAF

FIFA qadın futbolçulardan ibarət milli komandaların yeni reytinq siyahısını dərc edib.

Teleqraf xəbər verir ki, Azərbaycan yığmasının mövqeyində dəyişiklik baş verməyib. Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda 1308.45 xalla 75-ci yerdə qalıb.

Azərbaycan yığması fevralın 21-də Monteneqro ilə UEFA Millətlər Liqasının seçmə oyununda qolsuz heç-heçə edib.

Siyahıya 2069,06 xalla ABŞ başçılıq edir. İspaniya 2020,6 xalla 2-ci, Almaniya 2014,73 xalla 3-cü yerdə gedir.

Qeyd edək ki, növbəti reytinq siyahısı iyunun 12-də açıqlanacaq.