BAKI, 6 mart. TELEQRAF.

Qəzza zolağında hər hansı gərginləşmə oradakı israilli girovların ölümü ilə nəticələnə bilər.

Teleqraf xəbər verir ki, bunu HƏMAS-ın nümayəndəsi Əbu Ubeydə videomüraciətində deyib.

O bildirib: “Biz işğalçıların ailələrinə və bütün maraqlı tərəflərə xəbərdarlıq edirik ki, qalan girovların hələ də sağ olduğuna dair əlimizdə dəlillər var. Xalqımıza qarşı hər hansı təcavüzün genişlənməsi, daha əvvəl baş verdiyi kimi, çox güman ki, girovlardan birinin ölümü ilə nəticələnəcək”.

Übeydənin sözlərinə görə, İsrail tərəfinin döyüşlərin yenidən başlaması, “mühasirə və aclıq” kimi hədələri "düşmənin" özünü məyus edəcək və girovlar üçün təhlükə yaradacaq.