
BAKI, 6 mart. TELEQRAF
“Mançester Siti”nin özbəkistanlı müdafiəçisi Abdukodir Xusanov klubunda fevral ayının ən yaxşı futbolçusu seçilib.
Teleqraf xəbər verir ki, bu barədə “Manşester Siti”nin rəsmi saytı məlumat yayıb.
21 yaşlı özbək klubun azarkeşlərinin səsverməsində norveçli hücumçu Erlinq Halandı və xorvatiyalı müdafiəçi Yoşko Qvardiolu qabaqlayıb.
Qeyd edək ki, Xusanov fevralda "şəhərlilər"in heyətində bütün turnirlərdə beş oyunda iştirak edib və bir qol vurub.