GƏNCƏ, 5 mart. TELEQRAF

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Belə ki, "Hundai" markalı avtomobil "VAZ 2107" markalı avtomobillə toqquşub. Nəticədə avtomobillərdən biri ağaca çırpılıb.

Qəza zamanı "VAZ 21 07" markalı avtomobildə olan 1999-cu il təvəllüdlü S.Ələkbərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.