
BAKI, 5 mart. TELEQRAF
Ankarada Türkiyənin iqtisadiyyat naziri Ömər Bolat və maliyyə naziri Mehmet Şimşək ilə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov arasında görüş olub.
Teleqraf xəbər verir ki, bununla bağlı nazir Ömər Bolat özünün sosial şəbəkə hesabında paylaşım edib.
“Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə ölkəmizdə olan Azərbaycan Prezidenti İlham Əliyevin səfəri çərçivəsində Ankarada cənab Cabbarovla görüşdük. Görüşümüz zamanı ikitərəfli iqtisadi və ticari əlaqələrimizin daha da yüksəldilməsini, yeni əməkdaşlıq imkanlarını dəyərləndirdik. Bu gün açılışı olan Naxçıvan Təbii Qaz Kəməri Türkiyə ilə Azərbaycan arasında əlaqələri daha da gücləndirdi”, - deyə paylaşımda qeyd olunub.