BAKI, 5 mart. TELEQRAF

Çinlə müharibəyə hazırıq.

Teleqraf-ın xəbərinə görə, bu sözləri ABŞ-nin müdafiə naziri Pit Heqset "New York Post"a bildirib.

"Ehtiyac olduğu təqdirdə Çinlə müharibə apara bilərik", - deyə o söyləyib.

Qeyd edək ki, ABŞ müdafiə naziri bu sözləri Çin Xarici İşlər Nazirliyinin "ABŞ ilə bütün cəbhələrdə müharibəyə hazırıq" sözlərinə cavab olaraq qeyd edib.