
BAKI, 5 mart. TELEQRAF
Belçika hakimiyyəti Ukraynaya sülhməramlı kontingent göndərilməsi məsələsini nəzərdən keçirəcək.
Teleqraf xəbər verir ki, bu barədə Belçikanın xarici işlər naziri Maksim Prevo "RTL" telekanalına verdiyi müsahibədə bildirib.
"Beynəlxalq mandat çərçivəsində Belçika Ukraynadakı sülhməramlı missiyada iştirak edə bilər," – deyə nazir vurğulayıb.