ŞƏMKİR, 5 mart. TELEQRAF

Şəmkirin Keçili kəndi yaxınlığında qamışlıq ərazidə yanğın olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, yanğınla əlqədar kəndə elektrik enerjsinin verilişi dayandırılıb.

İlkin məlumata görə, alov ərazidə anidən başlayıb. Qamış sahəsi və bir neçə qovaq ağacı yanıb.

Əraziyə yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub.

Yanğın səbəbindən Keçili kəndi və Kür qəsəbəsinə təhlükəsizlik səbəbindən elektrik enerjisinin verilişi dayandırılıb.