BAKI, 5 mart. TELEQRAF

Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində sökülməkdə olan tikilidə baş verən yanğın söndürülüb.

Bu barədə Teleqraf-a Fövqəlada Hallar Nazirlyindən (FHN) məlumat verilib.

Qeyd edilib ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ikimərtəbəli tikilidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

18:48

BAKI, 5 mart. TELEQRAF

Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində istifadə olmayan tikilidə yanğın hadisəsi baş verib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hazırda həmin ərazidə yanğın davam edir.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti yanğın baş verən əraziyə cəlb edilib.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.