
BAKI, 5 mart. TELEQRAF
"NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsi uğursuzluğa düçar olur".
Teleqraf xəbər verir ki, bunu Avropa Parlamentinin (AP) Slovakiyadan olan üzvü Lubos Blaha deyib.
Lubos bildirib ki, Rusiya beynəlxalq məsələlərdə qalib gəlir və yeni tərəfdaşlar qazanır:
“Ukrayna cəbhəsindəki vəziyyətə nəzər salsaq, Qərb uduzur, Rusiya isə qalib gəlir. Avropa isə bütün tərəfdaşlarını, o cümlədən ABŞ-ni itirdi. Həmçinin rəsmi Moskva daim tərəfdaşlar qazanır. Bunlar Çin, Braziliya, Afrika və Asiya ölkələridir”.
Eyni zamanda Qərb institutlarının böhran yaşadığını vurğulayan Blaha gələcəkdə Avropa İttifaqı üçün çox ciddi problemlər yaranacağını da vurğulayıb.