BAKI, 5 mart. TELEQRAF

"Avropada və Ukraynada müharibəyə birdəfəlik son qoyulmalıdır".

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şoltsla telefon danışığından sonra "X" hesabında yazıb.

O bildirib ki, ölkəsi və Qərb müvəqqəti atəşkəs yox, müharibənin birdəfəlik dayandırılmasını istəyir.

Zelenski əlavə edib ki, ABŞ rəhbərliyi ilə koordinasiya hələ də mümkündür.