BAKI, 5 mart. TELEQRAF

Bali adasında yerləşən otel otağının tavanı gecə saatlarında yatmış turistin üstünə çöküb.

Teleqraf xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Hadisənin Pandava çimərliyindəki oteldə baş verdiyi qeyd olunur.

Hadisə nəticəsində 23 yaşlı isveçli turist Alma Lagerstedt ciddi xəsarət almayıb.

Bildirilib ki, otel rəhbərliyi onun qaldığı günlərin pulunu qaytarsa ​​da, kompensasiya ödəməyib.