
BAKI, 5 mart. TELEQRAF
Qarışıq döyüş növləri (MMA) üzrə çempion Sergey Xaritonov həmkarı Aleksandr Yemelyanenkonun ayaqlarının iflic olması və sağalmanın 10 ay çəkəcəyi barədə deyilənləri yalan adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə yerli "Sovetski Sport" kanalı məlumat yayıb.
“O, insanlardan pul yığmaq üçün bu addımı atıb. Onun nağıllarına inanmayın. Tarasovla döyüşdən pul qazana bilərdimi? Xeyr, bacarmadı, bu, insanların aldadılmasıdır. Yemelyanenko fırıldaqçı, şarlatan, alkoqolik, parazit və təcavüzkardır", - Xaritonov deyib.
Xatırladaq ki, martın 29-da Yemelyanenko ilə bloger Artyom Tarasov arasında döyüş baş tutmalı idi.
Yemelyanenko keçmiş ProFC dünya çempionudur.
Aleksandr Yemelyanenko 40 MMA döyüşü keçirib, 29-da qalib gəlib (20-si nokautla), 10 dəfə uduzub və 1 döyüşdə heç-heçə edib.