BAKI, 5 mart. TELEQRAF

"ABŞ hazırda Ukrayna ilə münasibətlərinin bütün aspektlərini yenidən nəzərdən keçirir".

Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals məlumat verib.

O, jurnalistlərə Ağ Evdə Vaşinqtonun Kiyevlə kəşfiyyat məlumatlarının bölüşdürülməsinin dayandırılıb-dayanmadığını sualını cavablandırıb.

“Biz geri addım atmışıq və bu münasibətlərin bütün aspektlərini nəzərdən keçiririk".

Vals əlavə edib ki, o, ukraynalı həmkarı ilə münaqişənin həlli üzrə danışıqların davam etdirilməsi üzrə telefon danışığı aparıb: "Danışıqlar yaxşı gedir və son 24 saatda baş verənlər bizdə nikbinlik yaradır".