
BAKI. 4 mart. TELEQRAF
İspaniyanın "Real Madrid" komandasının futbolçusu Vinisius Junior gələcək karyerası ilə bağlı qərar qəbul edib.
Teleqraf xəbər verir ki, braziliyalı cinah yarımmüdafiəçisi Səudiyyə Ərəbistanı liqasına mümkün transferinə dair iddialara son qoyub.
"Mən indi çox sakitəm, klubumla 2027-ci ilin iyununadək müqaviləm var. "Real Madrid" mənim üçün ən yaxşı yerdir, ən yaxşı insanlarla çalışıram. Çox xoşbəxtəm", - deyə o bildirib.
Xatırladaq ki, Vinisius Junior "Real Madrid"də 2018-ci ilin yayından çıxış edir. 24 yaşlı vinger bütün turnirlərdə 300 oyuna 102 qol və 76 məhsuldar ötürmə müəllifi olub. O, komanda ilə iki dəfə Çempionlar Liqasının və UEFA Super Kubokunun, üç dəfə İspaniya La Liqasının və eyni sayda ölkə Super Kubokunun qalibi olub.