
BAKI, 4 mart. TELEQRAF
2025-ci ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edib.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ildə doğulmuş 102,3 min körpədən də 47 faizi qız uşaqları olub.
Yeni doğulanların 53 faizi isə oğlanlardır.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycan əhalisinin sayı 44 min 119 nəfər və ya 0,4 faiz artaraq 2025-ci il yanvar ayının 1-i vəziyyətinə 10 milyon 224 min 889 nəfərə çatıb.