
“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının (TBNM BA) 2025-ci il üzrə büdcəsi təsdiq edilib.
Teleqraf xəbər verir ki, bu barədə qərar Bakıda “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Ümumi Yığıncağında verilib.
Büdcəyə əsasən, bu il üçün Assosiasiyasının gəlirləri 1 milyon 200 min 959 ABŞ dolları həddində proqnozlaşdırılır: “Bunun 560 min ABŞ dollarını daimi üzvlərin üzvlük haqları, 359 min 680 ABŞ dollarını assosiativ üzvlərdən üzvlük haqqları, 147 min 189 ABŞ dollarını debitor borclar və 134 min 90 ABŞ dollarını ilin əvvəlinə pul vəsaitlərinin qalığı təşkil edir”.
Hesabat dövründə inzibati xərclərə 797 min 202 ABŞ dollarını, marketinq xərclərinə 167 min 160 ABŞ dollarını, təmsilçilik xərclərinə 121 min 261 ABŞ dolları və ezamiyyət xərclərinə 115 min 336 ABŞ dollarının yönləndirilməsi planlaşdırılır.