
BAKI, 4 mart.TELEQRAF
"Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yük daşımaları sahəsində 2025-ci ildən etibarən əhəmiyyətli bir artım gözlənilir".
Teleqraf xəbər verir ki, bunu Türkiye Dəmiryolu Nəqliyyat A.Ş.-nin baş meneceri və idarə heyətinin sədri Ufuk Yalçın jurnalistlərə açıqlamasında deyib.
Yalçın növbəti ildə koridor vasitəsilə təxminən 2,5 milyon ton yük daşınmasını hədəflədiklərini açıqlayıb. Bununla yanaşı Orta Dəhliz vasitəsilə daşınan konteynerlərin sayı 96 minə çatdırılacağını deyib.
Ufuk Yalçın Çin ilə əməkdaşlıq sahəsində də irəliləyişlər əldə edildiyini vurğulayıb. Çində təmsilçiliyin qurulması və əlavə yüklərin Orta Dəhliz üzərindən Avropaya daşınması istiqamətində müvafiq addımların atıldığını qeyd edib.
“Bu çərçivədə həyata keçirdiyimiz çalışmalar nəticəsində həmçinin, bu gün etdiyimiz təmsilçilik quruluşunu daha da gücləndirərək, yük daşımalarını daha da artırmağa ümid edirik. Bizim məqsədimiz, 2025-ci ildən etibarən şərq-qərb və qərb-şərq oxlarında ən qısa müddətdə yük daşımaları artırmaqdır. Alternativ olaraq, Şimal və Cənub Dəhlizləri istisna olmaqla, Orta Dəhlizin inkişafını təmin edəcəyik” – deyə Ufuk Yalçın bildirib.