BAKI, 4 mart, TELEQRAF

Ermənistan Azərbaycanın qərbindən Naxçıvana və əks istiqamətdə nəqliyyat marşrutları açılmağa tam hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan "X" sosial şəbəkəsində yazıb.

Baş nazir qeyd edib ki, Mehri üzərindən Naxçıvana və əks istiqamətdə bütün regional iqtisadi və nəqliyyat marşrutları açılmağa tam hazırdır.