"Bu gün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə 2025-ci il üzrə planlarımızı müzakirə etdik. Bu il bizi gərgin iş gözləyir. Söhbət Cənubi Asiyadan Avropaya konteynerlərlə yük daşımanının artımından gedir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu region üçün vacib əhəmiyyət daşıyır".

Teleqraf xəbər verir ki, bunu Bakıda keçirliən "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" (TBNM, Orta Dəhliz) Beynəlxalq Assosiasiyanln Hüquqi Şəxslər Birliyinin Ümumi Yığıncağında assosiasiyanın baş katibi Qaydar Abdikerimov deyib.

O həmçinin bildirib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 11 ölkəni əhatə edir.

"Bura Çin, Sinqapur kimi ölkələr daxildir. Lakin marşurutun əsas sütunu Qazaxıstan, Azərbaycan, Gürcüstandır və Türkiyədir. Bunun ardınca , Ukrayna, Rumınya, Polşa, Bolqarıstan, Litva və Avropanın digər ölkələrinin də layihəyə qoşulması planlaşdırılır. Yəni layihənin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun genişləndirilməsi yönündə zamanında Yol Xəritəsi hazırlanıb. Orada bu marşurut üzrə görüləcək bütün işlər əksini tapıb".