
BAKI. 4 mart. TELEQRAF
Futbol üzrə Azərbaycan milli komandasının Belarus yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri və başlama saatı müəyyənləşib.
Teleqraf AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyun martın 25-də “Bank Respublika Arena”da təşkil olunacaq.
Qarşılaşma saat 21:45-də başlayacaq.
Qeyd edək ki, bu, Azərbaycanın əsas millisinin "Bank Respublika Arena"da ilk matçı kimi tarixə düşəcək.