BAKI, 4 mart. TELEQRAF

Ermənistan parlamentinin spikeri Alen Simonyan sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın komandaları arasındakı ziddiyyətlərdən danışıb.

Teleqraf xəbər verir ki, spiker bu iki düşərgənin daxili siyasi proseslərə təsir edəcək gücdə olmadığını bildirib.

“Qoy nə istəyirlər etsinlər: sevişsinlər, evlənsinlər, boğulmaq istəyirlərsə, dəniz yaxındır.

Guya bir yerə yığılanda hansı qüvvəyə çevrilirlər? Nə vaxt sevindiyimi bilirsinizmi? Köçəryan mətbuat konfransı keçirəndə, Serj Sərkisyan açıqlama verəndə. Bax, onda sevinirəm, reytinqimizə nəsə olanda gəlib reytinqimizi qaldırırlar”, - Simonyan bildirib.