BAKI. 27 fevral. TELEQRAF

Bu gün Azərbaycan Kubokunun ilk yarımfinalçıları məlum olacaq.

Teleqraf xəbər verir ki, ¼ final mərhələsinin cavab qarşılaşmasının ilk günündə “Qarabağ” evdə “Səbail”i, “Sumqayıt” isə “Sabah”ı qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmada Qurban Qurbanovun komandası ilk görüşün nəticəsinə görə 1:0 üstünlüyə malikdir. Sumqayıtda baş tutacaq görüş isə bərabərlik şəraitində start götürəcək.

Qeyd edək ki, ¼ finalın digər cavab oyunlarında sabah “Zirə” “Araz-Naxçıvan”ı, “Neftçi” isə “Kəpəz”i qəbul edəcək.

Azərbaycan Kuboku

¼ final mərhələsi, cavab oyunları

27 fevral

16:00 “Qarabağ” – “Səbail”

İlk oyun - 1:0

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev

VAR hakimi: Rauf Allahverdiyev

AVAR hakimi: Şirmamed Mamedov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Elçin Məmmədov.

Tofiq Bəhramov adına Respublika stadionu

19:30 “Sumqayıt” – “Sabah”

İlk oyun - 0:0

Hakimlər heyəti: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov

VAR hakimi: Nicat İsmayıllı

AVAR hakimi: Rəhman İmami

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu