BAKI, 24 fevral. TELEQRAF

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola iş yerini dəyişə bilər.

Teleqraf "El Nacional"a istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanı təmsilçilərinin birindən təklif alıb.

"Mançester Siti" rəhbərliyi Qvardiolanın komandanı böhrandan çıxaracağına inanır, ona görə də klubu tərk edib-etməmək qərarı ispaniyalının özündə qalır.

Qeyd edək ki, Pep Qvardiola 2016-cı ildən "Mançester Siti"nin sükanı arxasındadır. İspaniyalı baş məşqçi bu müddət ərzində 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu, eləcə də UEFA Çempionlar Liqasını, UEFA Superkubokunu və FİFA klublararası dünya çempionatını qazanıb.