BAKI, 24 fevral. TELEQRAF
AFFA İntizam Komitəsi "Turan Tovuz"a xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, buna səbəb Tovuz klubunun fevralın 23-də Azərbaycan Premyer Liqasında XXIV turun "Şamaxı" ilə səfər oyununun təxirə salınması üçün yaydığı bəyanat olub.
AFFA və PFL-in imicinə zərər vuran əsassız bəyanat verdiyinə görə “Turan Tovuz”a xəbərdarlıq edilib.
Qeyd edək ki, "Şamaxı" - "Turan Tovuz" görüşü qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.