BAKI, 24 fevral. TELEQRAF

BMT Baş Assambleyası Ukrayna münaqişəsi ilə bağlı Rusiya əleyhinə qətnamə layihəsi qəbul edib.

Teleqraf xəbər verir ki, qətnamə layihəsinin lehinə 93 ölkə səs verib.

ABŞ, İsrail və Macarıstan da daxil olmaqla 18 dövlət sənədin əleyhinə səs verib, 65 ölkə isə bitərəf qalıb.