
BAKI, 24 fevral. TELEQRAF
Futbol üzrə Azərbaycan milli komandasının yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib.
Teleqraf AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma Latviya millisi ilə qarşılaşacaq. Görüş iyunun 7-də Latviyanın paytaxtı Riqada baş tutacaq. Matçın başlama saatı və stadionu barədə daha sonra məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycan milli komandası martın 25-də Belarus, iyunun 10-da isə Macarıstanla evdə yoldaşlıq görüşü keçirəcək.