BAKI, 24 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp "hər şey qaydasına düşərsə", Moskvaya gedəcəyini vəd edib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Fransa Prezidenti Emmanuel Makronla görüşündə bəyan edib.

C-SPAN telekanalının canlı yayımladığı görüşdə ABŞ lideri bildirib ki, mayın 9-da Moskvaya getmək çox tez olardı.