BAKI, 23 fevral. TELEQRAF

Braziliya prezidenti Luis İnasiu Lula da Silva ABŞ Prezidenti Donald Trampı müxtəlif ölkələrin işlərinə müdaxilədə ittiham edib.

Teleqraf xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) yazır.

Lula da Silva deyib: “Tramp özünü elə aparır ki, sanki dünyanın imperatoru olmağa çalışır".

Bundan əlavə, Braziliya prezidenti bildirib: Tramp “hər ölkənin suverenliyinə hörmət etməli olduğunu anlamalıdır”.