
BAKI, 17 fevral. TELEQRAF
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun son oyunu keçirilib.
Teleqraf-ın məlumatına görə, "Bayıl Arena"da "Səbail" "Sabah" komandasını qəbul edib. Baş hakim Rəşad Əhmədovun idarə etdiyi görüş qolsuz bərabərliklə yekunlaşıb - 0:0.
Bununla da "Sabah" 32 xalla 5-ci, "Səbail" 17 xalla sonuncu - 10-cu pillədə qalıb.
Qeyd edək ki, turun əvvəlki 4 oyununda "Zirə" səfərdə "Sumqayıt"a 3:0, "Turan Tovuz" evdə "Araz-Naxçıvan"a, "Qarabağ" səfərdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəlib. "Kəpəz" isə "Şamaxı" ilə heç-heçə edib.