
BAKI, 19 fevral. TELEQRAF
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında XXIII turun “Neftçi” – “Qarabağ” oyununda baş verənlərlə bağlı cəzalarını açıqlayıb.
Teleqraf xəbər verir ki, klublara qarşı futbolçuları və azarkeşlərinin davranışlarına görə tədbirlər görülüb.
“Neftçi” klubu azarkeşlərinin meydançaya kənar əşya atmaları səbəbindən 800 manat, rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirmələri və bu halın cari mövsümdə 3-cü dəfə yaşanması səbəbindən 1000 manat ziyana düşüb.
“Qarabağ” isə 4 futbolçusunun sarı vərəqə almasına görə 700 manat, 22-ci dəqiqədə Kevin Medinanın ciddi qayda pozuntusuna yol verərək, birbaşa qırmızı vərəqə alması ilə əlaqədar 1500 manat, azarkeşlərinin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirmələri və bu halın cari mövsümdə 3-cü dəfə yaşanmasına görə 1000 manat cərimələnib. Eyni zamanda, Medina 2 oyunluq diskvalifikasiya olunub.
Qeyd edək ki, görüş "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 1:0.