
BAKI. 20 fevral. TELEQRAF
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab görüşləri keçiriləcək.
Teleqraf xəbər verir ki, Türkiyə təmsilçilərindən "Qalatasaray" Niderlandın "AZ Alkmaar" komandasını qəbul edəcək. İlk oyunda 1:4 hesabı ilə uduzan "sarı-qırmızılar" üçün fərqi aradan qaldırmaq çətin görünür.
Əvəzində "Fənərbağça" öz meydanında Belçika "Anderlext"i önünə 3:0 hesablı səfər qələbəsinin üstünlüyü ilə çıxacaq.
"Qarabağ"ın sabiq futbolçusu Julio Romaonun formasını geyindiyi Macarıstan "Ferentsvaroş"u Çexiyada "Viktoriya Plzen"in qonağı olacaq. Azərbaycan təmsilçisinə Liqa mərhələsində 3:2 hesabı ilə qalib gəlməyi bacaran FCSB komandası isə Yunanıstan PAOK-unu qəbul edəcək. İlk matçda FCSB səfərdə 2:1 hesablı qələbə qazanıb.
UEFA Avropa Liqası
Pley-off mərhələsi, cavab görüşləri
21:45. "Roma" (İtaliya) - "Portu" (Portuqaliya)
İlk oyun - 1:1
21:45. FCSB Rumıniya) - PAOK (Yunanıstan)
İlk oyun - 2:1
21:45. "Qalatasaray" (Türkiyə) - "AZ Alkmaar" (Niderland)
İlk oyun - 1:4
21:45. "Budö Qlimt" (Norveç) - "Tvente" (Niderland)
İlk oyun - 1:2
00:00. "Real Sosyedad" (İspaniya) - "Midtüllann" (Danimarka)
İlk oyun - 2:1
00:00. "Anderlext" (Belçika) - "Fənərbağça" (Türkiyə)
İlk oyun - 0:3
00:00. "Ayaks" (Niderland) - "Yunion" (Belçika)
İlk oyun - 2:0
00:00. "Viktoriya Plzen" (Çexiya) - "Ferentsvaroş" (Macarıstan)
İlk oyun - 0:1.