
BAKI, 20 fevral. TELEQRAF
Fransanın PSJ klubu avrokuboklarda yeni rekordunu müəyyənləşdirib.
Teleqraf xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda eyni ölkənin “Brest” klubuna qarşı oyunda 7:0 hesablı qələbə Paris təmsilçisi üçün beynəlxalq yarışlardakı ən böyük hesablı nəticə olub.
PSJ-nin avrokuboklarda əvvəlki rekordu 7:1 idi. Bu hesabla parislilər 2001-ci ilin avqustunda İntertoto kubokunda Belçika "Gent"ini, 2017-ci ilin noyabrında isə Çempionlar Liqasının qrup mərhələsində Şotlandiya "Seltik"ini məğlub ediblər.
Qeyd edək ki, PSJ-nin bütün turnirlərdəki ən böyük hesablı qələbəsi 10:0-dır. Onlar bu hesabla 1994-cü ilin yanvarında Fransa Kubokunda "Kot-Şod"u məğlub ediblər.