BAKI, 20 fevral. TELEQRAF

"Turan Tovuz" Futbol Akademiyası nəzdində əsas komandanın qalması üçün inşa olunmuş binanın açılış tarixi müəyyənləşib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, mərasim martın 15-də keçiriləcək. Tədbirdə AFFA rəhbərliyinin də iştirakı nəzərdə tutulub.

Bununla əlaqədar AFFA Azərbaycan Premyer Liqasında XXVII turun Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməli olan “Qarabağ” – “Kəpəz” matçı ilə XXXV turun “Kəpəz” – “Qarabağ” oyununun yerinin dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına (PFL) müraciət edib. PFL hər iki klubun razılıq məktubunu rəhbər tutaraq dəyişikliyin edilməsinə qərar verib.

PFL-in yaydığı məlumatda martın 15-də Tovuz şəhərində Azərbaycan futbolu adına bir sıra əhəmiyyətli tədbirlərin keçiriləcəyi vurğulanıb.

Qeyd edək ki, Gəncə şəhər stadionu yenidən inşa olunduğundan, "Kəpəz" ev oyunlarını Tovuz şəhər stadionunda keçirir.