
BAKI, 19 fevral. TELEQRAF
"Şamaxı" albaniyalı futbolçusu Belajdi Pusi ilə yollarını ayırıb.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, ayrılığa səbəb 27 yaşlı hücumçunun Rusiya Premyer Liqasında çıxış edən “Fakel” ilə anlaşmasıdır.
Pusi artıq Voronej komandasının düşərgəsindədir və tibbi baxışdan keçdikdən sonra müqavilə imzalayacaq.
Qeyd edək ki, mövsümün əvvəlində "şirlər"ə qoşulan Belajdi Pusi 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.