
BAKI, 20 fevral. TELEQRAF
UEFA Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər açıqlanıb.
Teleqraf xəbər verir ki, bu ada Kilian Mbappe (“Real Madrid”, İspaniya), Vitinya (PSJ, Fransa), Noa Lanq (PSV, Niderland) və Orkun Kökçü (“Benfika”, Portuqaliya) iddialıdır.
Mbappe İngiltərənin “Mançester Siti” klubu ilə görüşdə (3:1) het-triklə, Vitinya Fransa “Brest”i ilə matçda (7:0), Kökçü isə “Monako” ilə oyunda (3:3) qolla fərqlənib. Lanq İtaliya “Yuventus”u ilə qarşılaşmada məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, həftənin oyunçusu UEFA-nın rəsmi saytında keçirilən səsvermə ilə seçiləcək.