BAKI, 19 fevral. TELEQRAF

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda qrupdakı son matçını qələbə ilə başa vurub.

Teleqraf xəbər verir ki, İlham Yadullayevin baş məşqçi olduğu kollektiv Qazaxıstana 2:1 hesabı ilə qalib gəlib.

Millinin qollarını Əhməd Vəliyev (dəq. 57) və İmran Süleymanzadə (dəq. 66) vurub.

Qeyd edək ki, Azərbaycan yığması əvvəlki görüşlərində Rusiya millisinə 0:3 hesabı ilə məğlub olsa da, İrana qalib gəlib - 1:0.