BAKI, 19 fevral. TELEQRAF
AFFA İntizam Komitəsi "Araz-Naxçıvan" klubunu 1000 manat cərimələyib.
Teleqraf xəbər verir ki, səbəb Azərbaycan Premyer Liqasında XXIII turun "Turan Tovuz"la səfər matçında komandanın braziliyalı futbolçusu İqor Ribeyronun qırmızı vərəqə almasıdır.
Qeyd edək ki, fevralın 6-da Tovuz şəhər stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin 1:0 qələbəsi ilə yekunlaşıb.