BAKI. 20 fevral. TELEQRAF

AFFA Hakimlər Komitəsinin hədəflərindən ən başlıcası Azərbaycanın beynəlxalq arenadakı təmsilçilərinin sayının artmasıdır.

Bu barədə komitənin sədri Frank De Bleker Teleqraf-a eksklüziv açıqlamasında məlumat verib.

Belçikalı sabiq FIFA referisi hazırda bu məsələ üzərində çalışdıqlarını bildirib: "Əlbəttə, hədəflərimizdən ən başlıcası beynəlxalq arenada təmsilçilərimizin sayının artmasıdır. Hazırda FİFA hakimlərimizdən ikisi – Əliyar Ağayev və Elçin Məsiyev I kateqoriyada, Kamal Umudlu isə II kateqoriyadadır. Elçin Məsiyev bu ildən birinci kateqoriyaya yüksəldi. İlk dəfədir ki, Azərbaycanın 2 hakimi I kateqoriyadadır. Bu da Azərbaycan hakimlik məktəbi üçün bir uğurdur".

Qeyd edək ki, bu ildən Ermənistanda FIFA referilərinin sayı 4-ə çatdırılıb.